Siz kimsiniz? Həddinizi aşmayın.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, Fransanın kürd silahlılarına yardım üçün Mənbiçə ordu göndərməsi məsələsi barədə danışıb.
"Ötən həftə Makronla danışdıq. Gördüm ki, qəribə danışır, mən də cavabını verdim. Terrorçular bu gün səhər əsgərlərimizə hücum ediblər. 4 əsgər şəhid olub, 3 nəfər yaralanıb. Onlarla razılığa gəlməyimiz mümkün deyil. Fransadan həddini aşan açıqlama gəlib. Siz kimsiniz?".
Qeyd edək ki, Fransa kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Mənbic bölgəsinə ordu göndərməyi qərara alıb. Bu barədə "Parisien" nəşrinə Parisdə səfərdə olan "Suriya Demokratik Qüvvələri"nin (SDF) nümayəndə heyətinin üzvü bildirib.