Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı" ("Zimnaya vişnya") ticarət mərkəzindəki kinoteatrda yanğının ilk anlarının görüntüsü yayılıb.
Videonu yanğın zamanı ailəsini - arvadını, bacısını və 3 övladını itirən İqor Vostrikov paylaşıb.
Videoda yanğın zamanı kinoteatrın zalının qapılarının açıq olduğu aydın görünür. Daha sonra "Qırmızı zal"dan bir qız çıxır, lakin o heç kimə heç nə demir və yalnız 13 saniyədən sonra həmin zaldan tüstü qalxır, nəticədə digər zallardan insanlar qaçmağa başlayırlar.
Tüstü qısa müddətdə hər tərəfi bürüdüyündən "Qırmızı zal"ın sonrakı aqibəti haqqında heç nə aydın olmur.