Belçika 2025-ci ilə qədər nüvə energetikasından tam imtina etmək niyyətindədir.
Bunu jurnalistlərə açıqlamasında Belçika Baş naziri Şarl Mişel deyib. O, hökumətin yeni energetika paktını razılaşdırdığını bildirib.
Rəsmi Brüsselin fikrincə, nüvə enerjisindən imtina enerji təminatında təhlükəsizliyə və iqlim razılaşmasının şərtlərinin tam icrasına gətirib çıxaracaq.
Mişel nüvə enerjisi yerinə ölkəsinin külək generatorlarından alınan elektrik enerjisi ilə təmin ediləcəyini deyib.