Kosovada Türkiyə Milli İstihbarat Təşkilatının keçirdiyi əməliyyatla 6 FETÖ-cünün həbs olunmasının ardından bu ölkənin təhlükəsizlik və daxili işlər nazirləri vəzifələrindən uzaqlaşdırılıb.
Türkiyə KİV-nin xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kosova baş nazirinin iki naziri işdən çıxarmasına sərt təpgi verib:
"Kosova baş naziri təhlükəsizlik və daxili işlər nazirini vəzifədən çıxardı. Mən ondan soruşmaq istəyirəm, bu addımı kimin təlimatıyla atdın. Sən nə vaxtdan Türkiyədə dövlət çevrilişi etmək istəyənləri qorumağa başladın? O Kosovanın müstəqilliyini birinci ABŞ, ikinci biz tanıdıq. Sənin bundan xəbərin yoxdurmu? Sən Türkiyəyə zərbə vurmaq istəyənlərə necə qucaq aça bilərsən? Bunun hesabını verəcəksən. Mənim kosovalı qardaşlarım səndən bunu hesabını soracaqlar".(teleqraf)