"Zeytun budağı" əməliyyatı zamanı 3 min 821 terrorçu məhv edilib.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP konqresində deyib. O bildirib ki, terrorçularla mübarizə davam edir:
“Bəzi qardaşlarımız şəhid oldular. Əsgərimiz onları qovmaya başlayıb və 5 terrorçunu məhv edib. Hazırda 4 nəfəri də bir mağarada sıxışdırıblar. Mağara çox dərindir və döyüş davam edir. Artıq nə edirlər etsinlər, qaçacaqlarsa, qovacağız. Qaçdı, burax yoxdur. Sonuna qədər".