Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin Adana və Hatayda keçiriləcək iclaslarında iştirak edəcək.
Ərdoğanın Hataya səfəri zamanı bəzi sənətçilərin də həmin istiqamətdə yola düşəcəyi bildirilib.
İstanbuldan qalxan təyyarə ilə Ajda Pekkan, Səda Sayan, Dəniz Səki, İbrahim Tatlısəs, Emel Müftüoğlu, Mustafa Sandal və türk idmançıları Hataya yola düşəcək.
Məşhur sənətçi və idmançıların “Zeytun budağı” əməliyyatına dəstək məqsədi ilə sərhədə gedəcəyi bildirilib.