Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdağn İsrail baş naziri Benyamin Netanyahuya qarşı sərt ifadələr səsləndirib.
Bunu Türkiyə prezidenti Ədalət və İnkişaf Partiyasının Adanadakı iclasında çıxışı zamanı danışıb:
"Ey Netanyahu, sən çox zəif və qəribəsən. Özünə əl gəzdir. Biz terrorçularla mübarizə aparırıq. Sənin dərdin terrorçularla deyil, sən terror dövlətisən. Qüdsdə etdiklərin ortalıqdadır. Səni dünyada sevən yoxdur. BMT-dən aldığın cavab da ortalıqdadır. Yəni "Mənim nüvə silahım var" deyə qürurlanma! O silahlar sənə kömək edə bilməz".