Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşdən sonra maraqlı anlar yaşanıb.
Foto çəkilən zaman Ərdoğan Putinə etiraz edib. Etiraza səbəb Putinin yanında üç qadının dayanması olub. Bundan sonra Ərdoğan “niyə sizin yanınızda üçü var, məndə isə biri də yoxdur? Gəl bura” ifadələrini işlədib.
Qeyd edək ki, bu informasiyanı rusiyalı jurnalist Dmitri Smirnov paylaşıb.