Çinin Ticarət və Xarici İşlər Nazirliyi ABŞ-ın Çin məhsulları üzərinə qoyduğu əlavə gəlir vergisini qəti şəkildə qınayıb.
Çin Ticarət Nazirliyi etirazlara baxmayaraq ABŞ tərəfinin həyata keçirdiyi vergi islahatlarını “birtərəfli, mühafizəkar, əsassız” adlandırıb.
Bu qərarla 40 ilə dayanan “Çin-ABŞ ticarəti və istehlakçı hüquqlarını” görməzdən gəlindiyini iddia edən Çin rəsmiləri, ölkə qanunlarına uyğun olaraq yaxın günlərdə cavab tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Ticarət Nümayəndəliyi (USTR), prezident Donald Trampın 25 faiz əlavə gömrük rüsumunun tətbiğini planladığı Çin məhsullarının siyahısını açıqlamışdı. Ümumilikdə, Çinin müdafiə, aerokosmik və digər istehsal sektorlarını hədəf alan siyahı, təxminən 1300-ə yaxın məhsul çeşidini əhatə edir və bu, 50 milyard ABŞ dolları dəyərindədir.
Çin tərəfi isə, Bazar ertəsi günü verilən açıqlamalarda, Vaşinqtondan idxal edilən 3 milyard dollarlıq dəyərində 128 ədəd polad və alüminium çeşidi ilə əlaqədar 15-25% civarında əlavə gömrük vergisi tətbiq edəcəyini açıqlamışdı.