ABŞ Maliyyə Nazirliyinin Rusiyanın hərbi ixracat agentliyi “Rosoboronexport”u sanksiya siyahısına daxil etməsi S-400-ün Türkiyəyə ixracına təsir göstərməyəcək.
Bu barədə Sputnik Türkiyə Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
“Rəcəb Tayyib Ərdoğan qəti şəkildə ifadə etdi. Prezident Rusiya ilə S-400 mövzusunun qapandığını söylədi. Bu məsələyə nöqtə qoyuldu. “Rosoboronexport”a sanksiya tətbiq edilməsinə baxmayaraq mövqe dəyişməyib”, - deyə məlumatda bildirilib.