Kanadanın “Humboldt Bronkos” xokkey klubunun gənclərdən ibarət komandası Saskaçevan əyalətində faciəvi şəkildə qəzaya düşüb.
Klubun avtobusu yük maşını ilə toqquşub.
Qəza nəticəsində, avtobusda olan 28 idmançıdan 14-ü həlak olub. Ölənlərin 16-21 yaş arasında olduğu deyilir.
Hadisə dünən günorta saat 5 radələrində baş verib. Komanda bir yarış üşün olduğu şəhərdən digərinə səfər edirmiş.
Hadisə ilə üzgünlüyünü ifadə edən Kanadanın baş naziri Castin Tryudo tviter səhifəsindən həlak olanların yaxınlarına başsağlığı verib.