Dünən ABŞ ordusunun təşkil etdiyi təlimlərdə robot cihazlar tank və döyüş vasitələrinin hərəkəti üçün əngəlləri aradan qaldırmağa çalışıb.
Xarici KİV xəbər verir ki, bu barədə İkinci Zirehli Briqada Döyüş Komandasının Birinci piyada diviziyasının zabiti leytenant Kodi Rotşild bildirib.
“Biz bu gün robot təmizləmə əməliyyatı həyata keçirdik. Bu tipli hadisə tarixdə heç vaxt baş verməyib. Bu tarixi hadisədir”, - deyə o qeyd edib.
Rotşild bunun ordu və robot texnologiyası üçün çox irəliyə doğru əhəmiyyətli addım olduğunu vurğulayıb.
Rotşild bunun ordu və robot texnologiyası üçün çox irəliyə doğru əhəmiyyətli addım olduğunu vurğulayıb.