Sərhədə getdik. Orada İbrahim Tatlısəs coşdu, sağ olsun.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Van toplantısında çıxışı zamanı deyib.
“Yaylalar əsgərin türküsüdür. Amma orada layla da qoymadı. Nə dedi? - "Afrini dolaş da gəl". Bununla da kifayətlənmədi: "Menbiçi dolaş da gəl” dedi”, - deyə Ərdoğan Tatlısəsin Hatayda oxuduğu türkü barədə danışıb.
Prezident onu da əlavə edib ki, terrorçulara qarşı “Fərat qalxanı” və “Zeytun budağı” kimi hərbi əməliyyatlarla ağır zərbələr vurulub və zərbələrin davamı gələcək:
“Afrindən son rəqəmləri aldım. 4017 terrorçunu zərərsizləşdirdik. Şimali İraqda bu rəqəm 323-dür. Ölkədə də 154 terrorçu zərərsizləşdirildi”.