Türkiyənin Müdafiə naziri Nurəddin Canikli Afrində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama verib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
“Bütün təhdidlərə son qoyulana qədər Afrində qalacağıq”, - nazir bildirib.
N.Canikli Afrinin kimə təhvil verilməsi məsələsinə də aydınlıq gətirib:
“Terror təhdidi bitəndən sonra Afrini Suriyanın seçilmiş qanuni hökumətinə təhvil verəcəyik”.
Qeyd edək ki, ötən gün Rusiya XİN rəhbəri Lavrov Türkiyənin Afrini Suriya rejiminə təhvil verməli olduğunu açıqlamışdı. Bu açıqlama Türkiyədə şok effekti yaratmışdı.