Pakistanın Ali Məhkəməsi ölkənin sabiq baş naziri Nəvaz Şərifə ömürlük siyasətlə məşğul olmağı qadağan edib.
Bundan əvvəl Ali Məhkəmə Nəvaz Şərifi Pakistanın Müsəlman Liqası partiyasının liderliyindən kənarlaşdırmışdı.
2017-ci ilin iyulunda isə Ali Məhkəmə Nəvaz Şərifi Pakistanın baş naziri vəzifəsindən uzaqlaşdırmışdı. Nəvaz Şərif korrupsiyada şəbəkə yaratmaqda günahlandırılır.
Xatırladırıq ki, Nəvaz Şərif üç dəfə - 1990-1993, 1997-1999 və 2013-2017-ci illərdə Pakistanın baş naziri vəzifəsində işləyib.