"Qərb ölkələri Suriyanın paytaxtı Dəməşqi dinc gələcəyə şansı olduğu zaman bombaladı"
Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Əvvəl Suriya xalqını “ərəb baharı”, sonra İŞİD, indi isə ABŞ-ın “ağıllı raketləri” ilə sınağa çəkdilər. Uzun illər terror hücumları şəraitində yaşamağa çalışan suveren ölkənin paytaxtına zərbələr endirdilər”, - deyə Zaxarova vurğulayıb.