BMT-nin Baş katibi Antonio Quterreş Suriyada baş verən hadisələrə görə Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.
Bu barədə BMT-nin mətbuat xidmətindən informasiya yayılıb.
Quterreş zərbədən dərhal sonra çıxışında ABŞ, Fransa və İngiltərəyə sülh və təhlükəsizliyə dair məsələlərdə, BMT Nizamnaməsinə və ümumiyyətlə beynəlxalq hüquqa uyğun hərəkət etməli olduqları barədə ödhədliklərini xatırladıb.