Britaniya tezliklə Rusiya biznesmenlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək.
"Sandey Tayms" sanksiyaların Britaniyadakı rus oliqarxlara aid ediləcəyini yazıb.
Britaniya Baş naziri Tereza Mey də yeni və sərt tədbirlər barədə düşündüklərini təsdiqləyib. Qəzetin gizli mənbəsi isə sanksiyaların Putinə yaxın oliqarxları əhatə edəcəyini bildirib.
Qeyd edək ki, Skripal olayından sonra Britaniya-Rusiya münasibətləri gərginləşib. Britaniya artıq Rusiyanın dövlət hesablarını dondura biləcəyini bəyan edib.