Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun ABŞ və tərəfdaşlarının Suriyaya zərbələrinin Moskva və Ankaranı ayırması barədə bəyanatını populist çıxış adlandırıb.
Çavuşoğlu fransalı nazirin dediklərini yalanlayıb.
"Fransa prezidentinin açıqlamaları fərqli ölkələr tərəfindən yalanlandı. Makron Rusiya, İran və Türkiyə prezidentlərinin Ankarada keçirilən görüşə gəlmək istədi.
Lakin üçtərəfli görüşə daxil edilməyincə, gəlməkdən imtina etdi. Bütün bunlar Dumada kimyəvi silah tətbiqindən əvvəl yaşandı.
Bir ölkənin prezidenti belə yalan danışmamalıdır"- XİN rəhbəri qeyd edib.