Fransanın Mon-Sen-Mişel adasında naməlum şəxsin polisin ünvanına təhdidlər səsləndirməsindən sonra ada sakinləri təxliyə edilib.
Bu barədə “Frans İnfo” yazıb.
Məlumata görə, səhər saatlarında naməlum şəxs qışqıraraq “Mən polis öldürəcəm” deyib.
“Kafenin qarşısında dayanan şəxs təhlükəsizlik qüvvələrinə açıq şəkildə təhdid ünvanlayıb. Daha sonra onu şəhərin başqa yerlərində görüblər”, - yerli polis təşkilatının rəhbəri Jan-Mark Sabate deyib.