Çinin cənubundakı Quandun vilayətində karaoke klubların birində baş verən yanğında 18 nəfə ölüb, 5 nəfər yaralanıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Hadisənin gecə yarı Çinyuan şəhərində baş verdiyi bildirilir. Dərhal hadisə yerinə yanğınsöndürən briqadalar, təcili tibbi yardım qüvvələri cəlb olunub. Yanğın operativ qaydada söndürülsə də, insan tələfatından qaçmaq mümkün olmayıb. Yanğının baş vermə səbəbləri dəqiq bilinmir.