S-400 sistemlərinin Türkiyəyə satışı iki mərhələdən ibarətdir: Birincisi komplekslərin çatdırılması və yerləşdirilməsi, ikinci mərhələ isə hazırda müzakirə edilir.
Bu sözləri Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev RİA-ya açıqlamasında deyib.
“Bu gün sözügedən sistemlərin yerləşdirilməsindən bəhs edirik. Burada təkcə S-400-lərin Türkiyəyə çatdırılması yox, eyni zamanda onların yerləşdirilməsi, təchizatı, yerli mütəxəssislərin bu işə cəlb edilməsidir. Bu razılaşmanın ikinci mərhələsi isə müzakirə edilir. Texnoloji əməkdaşlığın inkişaf etdirilməsi...” - deyə Şuqayev bildirib.