Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər.
Bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Məlumata görə, Türkiyənin xarici siyasət idarəsinin başçısı bu açıqlamanı NATO-nun mənzil-qərargahında ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra verib.
O, qeyd edib ki, qoşunlar xüsusən Manbicə birlikdə daxil olacaqlar.
Bundan əlavə, Pompeo Türkiyənin Rusiyadan "C-400" zenit-raket sistemləri alması qərarı ilə bağlı narahatlığını ifadə edib. "Ona bildirdik ki, bu sistemlər bizə lazımdır", - deyə Çavuşoğlu bəyan edib.