Dünya üçün böyük təhlükə təşkil edən İranın nüvə ambisiyalarına və regional ekspanisyasına qarşı aparılan mübarizəyə ABŞ-ın başçılıq etməsi bizi cəsarətləndirir.
Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Dövlət katibi Mayk Pompeo ilə Təl-Əvivdə görüşü zamanı deyib.
“İran mütləq dayandırılmalıdır. Onun nüvə proqramı ilə bağlı fəaliyyətini və aqressiyasını dayandırmaq gərəkdir. Biz bunu birlikdə etmək istəyirik”, - deyə Netanyahu bildirib.