Tacikistanın paytaxtı Düşənbə yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Düşənbədən 151 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.