Sarkisyanın hiyləgər planı ORTAYA ÇIXDI Ermənistan seçim QARŞISINDA

Dünya 12:27 01.05.2018
Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası başlayıb.
 
İclası Ermənistan parlamentinin spikeri Ara Babloyan açıb.
 
İndiki dəqiqələrdə müxalifətin baş nazir postuna namizədi Nikol Paşinyan çıxış edir.
 
***
 
İrəvanın Respublika meydanında növbəti mitinq başlayıb. Paşinyanın çağırışına cavab olaraq meydana on minlərlə insan gəlib.
 
***
 
“Ermənistan Respublika Partiyası baş nazirin seçkilərini məhv etməyə qərar verib”.
 
Bu haqda Ermənistan müxalifətininin lideri, parlamentin “Yelk” fraksiyasının başçısı Nikol Paşinyan xəbərdarlıq edib.
 
O, əhalini Respublika Partiyasının sədri, keçmiş prezident və baş nazir Serj Sarkisyanın bu planına mane olmağa çağırıb.
 
“İndi mən informasiya aldım ki, gecə toplanan iclasda Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası baş nazir vəzifəsinə xalqın namizədinin seçilməsinin qarşısını almaq barədə qərar qəbul edib. Bununla əlaqədar olaraq ölkə əhalisini Respublika meydanına toplaşmağa və öz iradəsini nümayiş etdirməyə çağırıram. Serj Sarkisyanın yeni planının reallaşdırılmasını dayandırmaq lazımdır. Planın mahiyyəti növbəti seçkilərdə Respublika Partiyasının hakimiyyətini bərpa etməkdir. Əminəm ki, xalqın açıq iradəsi ilə biz bu ssenarinin qarşısını almağı və Serj Sarkisyanın yeni planına mane olmaq üçün Respublika meydanına toplaşmağı bacaracağıq”, - o qeyd edib.
 
Paşinyan xatırladıb ki, əhalinin saat 11:00-dan başlayaraq, meydana toplaşması nəzərdə tutulub.
 
“Qoy, Respublika meydanında yüz minlərlə həmyerlimiz qələbəyə öz iradəsini təsdiq etsin”, - Paşinyan bildirib.
 
Qeyd edək ki, baş nazirin seçilməsi məsələsi bu gün parlamentin xüsusi iclasında müzakirə ediləcək.
 
Respublika Partiyası bu gün səhər 09:30-da təcili iclas keçirib. İclasda partiyanın baş nazir seçkisində tutacağı mövqe müzakirə edilib.
 
Ermənistan parlamenti dünən Nikol Paşinyanın baş nazir postuna yeganə namizəd olduğunu bəyan etmişdi. Ermənistanın baş naziri postuna namizədlərin irəli sürülməsi vaxtı aprelin 30-da saat 18:00-da başa çatıb və Paşinyandan başqa namizədliyini irəli sürən olmayıb.
 
Nikol Paşinyanın namizədliyi “Yelk” fraksiyası tərəfindən irəli sürülüb.
 
Hakim Respublika Partiyasının fraksiyası daha əvvəl bildirmişdi ki, baş nazir vəzifəsinə namizədl irəli sürməyəcək. Fraksiyanın rəhbəri Vaqram Baqdasaryan qeyd etdi ki, parlamentin digər üç fraksiyası bir namizədlə çıxış edərsə, mayın 1-də keçiriləcək seçkilərə mane olmayacaq.
 
Daşnaksütyun Partiyası vahid namizəd olaraq Nikola Paşinyanı təklif edib. Həmçinin “Çarukyan” fraksiyası da “xalqın namizədi”ni dəstəkləməyə qərar verib. Aprelin 29-da fraksiyanın lideri və “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri Qagik Çarukyan bildirib ki, baş nazir vəzifəsinə öz namizədliyini irəli sürməyəcək və Nikola Paşinyanın namizədliyini dəstəkləyəcək. Bütün bu proseslər isə belə güman etməyə əsas verirdi ki, parlamentin bütün fraksiyaları Paşinyanın baş nazir postuna seçilməsi məsələsində razılaşıblar. Lakin Paşinyanın son bəyanatı bunun əksini göstərir. Ermənistan müxalifətinin razılaşdırdığı “xalqın namizədi”nin – Paşinyanın baş nazir postuna seçilməməsi isə ölkədə vəziyyəti daha da gərginləşdirə bilər. Ekspertlər qanlı qarşıdurmaların baş verməsini də istisna etmirlər.
 
Qeyd edək ki, Respublika partiyası 58 yerlə parlamentdə mandatların əksəriyyətinə malikdir. “Çarukyan” 31, “Yelk” 9, Daşnaksütyun isə 7 yerə sahibdir. Baş nazirin seçilməsi üçün isə namizədin 53 səsə ehtiyacı var.
 
Aprelin 13-də paytaxt İrəvan və Ermənistanın bir sıra şəhərlərində sabiq prezident Serj Sarkiyanın baş nazirliyinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Aprelin 23-də Sarkisyan baş nazir postundan istefa verib, Karen Karapetyan baş nazirin səlahiyyətlərinin müvəqqəti icra edir. Nikol Paşinyan Ermənistan Respublika partiyasının hakimiyyətdən gedişini tələb edir.(publika.az)

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Narkotikin təsiri altında maşın idarə edən 5 sürücü SAXLANILDI
17:27 16.05.2024
Hamısı