Ermənistanda ərzaq tədarükü ilə bağlı ciddi problemlər yaranıb.
Bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, aksiyalara görə ərzaq və qida məhsulları gətirən yük maşınları maneələrlə üzləşib.
Yük maşınlarının girişi və gömrük rəsmiləşdirilməsi üçün problemlər yaranıb və bu da ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə ola bilər.