Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-30 M” hücum təyyarəsi Aralıq dənizi üzərində qəzaya uğrayıb.
TASS agentliyinin verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qəza nəticəsində hər iki pilotun öldüyünü açıqlayıb.
Hadisə Moskva vaxtı ilə saat 09:45-də baş verib. Təyyarə Suriyadakı "Hmeymim" aviabazasından hərəkət edərək havaya qalxarkən qəzaya uğrayıb.
İlkin versiyaya əsasən qəzaya təyyarənin mühərrikinə quş sürüsünün daxil olması səbəb ola bilər.