Müğənni Orhan Gencebay xəstəxanaya yerləşdirilib.
Bu barədə məlumatı müğənni Onur Akay yayıb.
O, Gencebayın fotosunu da paylaşaraq yazıb:
"Gecə qızdırması yüksək olan dəyərli sənətçimiz Orhan Gencebay xəstəxanaya aparılıb. Ona qida zəhərlənməsi diaqnozu qoyulub. Gecəni xəstəxanada keçirən və müalicəsi davam edən ifaçıya Allahdan şəfa diləyirik".