ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələdən sonra bölgədə ardıcıl 20-dək yeraltı təkan qeydə alınıb. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, mayın 4-də Havay adalarında Kilaueya vulkanının puskürməsi ilə əlaqədar təcili təxliyə elan edilib.