Rusiyanın Ukrayna ərazilərinə təcavüzkar hücumları BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək.
Bu barədə ölkənin xarici işlər naziri Pavlo Klimkin məlumat verib.
O, BMT TŞ-ın yaxın günlərdə bir araya gələcəyini bildirib.
“Rusiyanın Ukrayna ərazilərinə işğalçı hücumları mayın 29-da BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında müzakirə ediləcək. İclasda yaranmış vəziyyət və problemlərin həlli yolları müzakirə olunacaq”.
Təşəbbüsün Polşadan gəldiyini bildirən Ukraynanın baş diplomatı məsələnin artıq şuranın proqramına daxil edildiyini də diqqətə çatdırıb.