Amerikanın tanınmış System of a Dovn rok qrupunun solisti Sert Tankyan Ermənistandakı aksiyaları dəstəkləyir. O, bu məqsədlə mayın 7-də İrəvana gələcək.
Bu barədə erməni müxalifətinin lideri Nikol Paşinyan Feysbukda bildirib.
"Bunu xəbər verməyə çox sevinirəm. Serj Tankyan mayın 7-də saat 20.05-də İrəvana gələcək. Möhtəşəm qarşılama mərasiminə hazırlaşırıq", - Paşinyan Feysbuk səhifəsində qeyd edib.