Bu gün yerli vaxtla saat 13.06 radələrində Qazaxıstanda 5,5 maqnitudalı zəlzələ olub.
"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, bu barədə Qazaxıstan Təhsil və Elm Nazirliyinin təcrübi-metodik seysmoloji ekspedisiyası məlumat yayıb.
Zəlzələnin ocağı Alma-Atadan 321 km şimal-şərqdə, 5 km dərinlikdə yerləşib.