"Vaşinqton Ankaraya "F-35" qırıcılarının tədarükünü qadağan edərsə, Türkiyə ABŞ-a qarşı ciddə tədbirlər görəcək".
Bu sözləri "CNN Turk" telekanalına müsahibəsi zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, gələn həftə Birləşmiş Ştatlara səfər edəcək və səfər çərçivəsində bu məsələni orada rəsmilərlə müzakirə edək.
Nazir "F-35"in satışının ləğvinin məqbul olmadığını diqqətə çatdırıb. Bundan başqa, aprelin ortalarında ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, Ankaranın Rusiydan S-400 zenit-raket kompleksləri alması Türkiyəyə "F-35" qırıcılarının tədarükünə mənfi təsir göstərə bilər.