Rusiyada bu il Qələbə gününə həsr olunmuş ənənəvi hərbi parad zamanı ilk dəfə olaraq “Uran-9” robot kompleksi nümayiş etdiriləcək.
“Uran-9” çoxfunksiyalı kəşfiyyat kompleksi döyüş meydanındakı bölmələrə atəş dəstəyi vermək üçün nəzərdə tutulub. Sözügedən silah şəxsi heyətin müdafiəsi və düşmənin atəş xəttindən çıxarılması üçün yaradılıb. Dünyada analoqu olmayan kompleks canlı qüvvə kimi yüngül zirehli texnikaları da məhv etməyə qadir olan güclü silahlarla təmin olunub.