İsrail şimal sərhədlərində İranın düşmən xarakterli varlığına icazə verməyəcək.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
“Biz hətta münaqişə yaratsa belə, İranın İsrailə qarşı təcavüzünün qarşısını almağa qərarlıyıq. Gec olmasındansa, indi olması daha yaxşıdır. İsrail istənilən ssenariyə hazırdır. Vaxtında hərəkətə keçməyən ölkələr, daha sonra öz səhvlərinə görə ağır bədəl ödəməli olacaqlar”, - Baş nazir bildirib.