Rusiya Prezidenti Vladimir Putin Şimali İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Bərzani ilə görüşüb.
Görüş Moskvada baş tutub. Bərzani Putinin rəsmi dəvətilə 9 May Qələbə Günü münasibətilə Moskvada keçirilmiş paradda iştirak üçün Rusiyaya gəlib.
Görüşdə ikitərəfli münasibətlər və Yaxın Şərqdə gedən proseslər müzakirə edilib. Müzakirə edilmiş məsələlər barədə ətraflı məlumat verilməyib.