ABŞ-a ən ağır zərbəni vuran casus Kəşfiyyat tarixi

Dünya 18:59 12.05.2018
1985-ci ilin aprel ayında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Sovet bölməsinin əməkdaşı Oldric Eyms DTK-ya öz xidmətini təklif etmişdi. Bu, kəşfiyyat tarixindəki ən qalmaqallı və böyük nəticələr doğurmuş addımlardan biri idi...
 
1985-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosunun Sovet xüsusi xidmət orqanlarına nüfuzetmə həyata keçirmək üçün birgə apardıqları “Kortşip” əməliyyatında iştirak edən Eyms SSRİ-nin Vaşinqtondakı səfirliyinin bir sıra əməkdaşları ilə görüşərək, onların konfidensial əməkdaşlığa cəlb edilməsi imkanları ilə maraqlanmağa başlayır. Onların arasında səfirliyin tərksilah məsələləri üzrə müşaviri Sergey Çuvaxin də var idi.
 
Çuvaxinin köməyilə Sovet kəşfiyyatı ilə əlaqə saxlamağa çalışan Eyms 1985-ci il aprel ayının 16-da SSRİ səfirliyi yaxınlığındakı “Mayflower” mehmanxanasında görüşdən əvvəl bu məzmunda məktub hazırlayır: “Mən, Oldriç X.Eyms MKİ-nin SSRİ və Şərqi Avropa şöbəsində Əks-kəşfiyyat bölməsinin rəisiyəm. Mən Nyu-Yorkda Endi Robinson təxəllüsü altında xidmət keçmişəm. Mənə hazırda SSRİ-də konfidensial əməkdaşlığa cəlb etdiyimiz üç nəfər agent barədə məlumat verməyimin qarşılığında əlli min dollar pul lazımdır”.
 
O.Eymsin istədiyi məbləğ ilk görüşdəcə ona təqdim edilir. O, əks-kəşfiyyat məsələlərilə məşğul olduğundan, SSRİ-də ABŞ-ın xeyrinə casusliq edən agentlərin siyahısı da daxil olmaqla MKİ-nin Moskvaya qarşı həyata keçirdiyi əməliyyatlar barədə məlumata çıxış imkanına malik idi.
 
ABŞ tərəfinin etiraf etdiyinə görə, Eyms kəşfiyyat orqanının mövcud olduğu bütün tarix ərzində ölkəyə ən ağır zərbə vurub. Onun təqdim etdiyi ABŞ agentlərinin siyahısı Birinci Baş İdarənin rəisi Vladimir Kryuçkova məruzə edilmiş və bir il müddətində Sovet əks-kəşfiyyat orqanları Amerika kəşfiyyatının Dövlət Təhlükəsizlik Komitəsi və Baş Kəşfiyyat İdarəsindəki bəzi mənbələrə görə on iki, digər mənbələrə görə isə iyirmi beş agentini həbs etmişdi.
 
 
Siyahıda adları çəkilən şəxslərdən bəziləri Qərbə qaçaraq, orada gizlənməyə müvəffəq olmuş, bəziləri isə SSRİ-də güllələnmə cəzasına məhkum edilmişdilər. Bunlar 1985-ci ildə güllələnmiş DTK plokovniki Vladimir Piquzov, polkovnik-leytenantlar Leonid Poleşuk, Valeri Martınov, Gennadi Varennik və Vladimir Vasilyev, mayorlar Sergey Motorin və Sergey Vorontsov, BKİ-nin 1986-cı ildə güllələnmiş polkovniki Gennadi Smetanin, 1988-ci ildə güllələnmiş general-mayor Dmitri Polyakov, 1986-cı ildə uzunmüddətli həbs cəzasına məhkum edilmiş DTK polkovniki Boris Yujin və SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun elmi əməkdaşı Vladimir Potaşev olublar.
 
Digər DTK əməkdaşı, polkovnik Oleq Qordievski, BKİ-nin polkovniki Sergey Boxan, SSRİ Xarici İşlər Nazirliyinin əməkdaşı Sergey İllarionov isə vaxtında Qərbə qaçaraq, orada gizlənə bilmişdilər. 
 
Agentlərin qısa müddət ərzində həbs edilərək güllələnmə cəzasına məhkum edilməsi MKİ-ni şübhələndirdiyindən, onlar daxildə “köstəbək” axtarışına çıxmış və nəticədə O.Eymsin SSRİ-nin xeyrinə casusluq etdiyi aşkarlanmışdı.
 
MKİ və FTB əməkdaşlarından ibarət təhqiqat qrupu aşkarlamışdı ki, Eymsin banka pul qoyması ilə onun Sovet rəsmi nümayəndələri ilə görüşləri eyni vaxta təsadüf edir. Bir müddət İtaliyada MKİ-nin rezidenti olmuş Eyms Romadan qayıtdıqdan sonra Vaşinqtonun şəhərkənarı ərazisində beş yüz qırx min nəğd pula ev almışdı. Onun arvadı Mariya Rozarionun adına Kolumbiyanın paytaxtı Boqotoda iki ev və bir ferma rəsmiləşdirilmişdi.
 
Bundan başqa, Eyms ailəsi dörd yüz qırx beş min dollar qiyməti olan “Yaquar” avtomobili və birjada ümumi dəyəri yüz altmış beş min dollar olan səhmlər almışdılar.
 
1993-cü ilin noyabr ayında O.Eymsin Venesuelaya səfər etməsindən sonra FTB əməkdaşları onun bank hesabındakı məbləğin səksən altı min yeddi yüz dollar artmasını aşkar etmişdilər. 
 
Bəzi Qərb analitikləri bugünədək hesab edirlər ki, məhz Sovet Siyasi Bürosu tərəfindən göstərilən təzyiqlər DTK-nı “köstəbəklərin” həbsini tezləşdirməyə təhrik etmişdi ki, bunun nəticəsində Eyms ABŞ xüsusi xidmət orqanlarının nəzər-diqqətinə düşmüşdü. Bununla Sovet Xarici Kəşfiyyatının rəhbəri V. Kryuçkov Siyasi Büroya “evi təmizlədiyini” sübut edə bilmişdi. Amma əvəzində Oldric Eyms kimi qiymətli casus vaxtından qabaq qurban verilmişdi.
 
Eyms hazırda ABŞ həbsxanasında ömürlük həbs cəzası çəkməkdədir. Sovet kəşfiyyatına işlədiyi dövrdə o, ümumilikdə iki milyon yeddi yüz min dollar pul mükafatı almışdı.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
Hamısı