İsrailin baş naziri Benyamin Netanyahu “Eurovision 2018” müsabiqəsində ölkəsini qalib etmiş Netta Barzilaini təbrik edərkən qəribə anlaşılmazlıq yaşanıb. Belə ki, o “Tvitter” hesabında müğənnini mehriban, əziz mənasında “kapara” adlandırıb.
Tvitter isə bu sözü ivrit dilindən düzgün tərcümə etməyərək inək mənasında verib. Sosial şəbəkə istifadəçiləri öz şərhləri ilə yaranmış anlaşılmazlığı çözməyə çalışıblar. Netta xarici görünüşünə görə modelə bənzəməsə də , onun artıq çəökiyə malik olması izləyicilərdə bu fikrin həqiqət ola biləcəyinə dair çaşqınlıq yaradıb.