F-35 Türkiyəyə gətiriləcək | Eurasia Diary - ednews.net

20 Oktyabr,


F-35 Türkiyəyə gətiriləcək

Dünya A- A A+

Eurasia Diary "Vatan"a istinadən xəbər verir ki, Türkiyənin müdafiə sənayesi Katibliyinin rəhbəri İsmayıl Demir Türkiyəyə F-35 tədarükü ilə bağlı heç bir problem olmayacağını qeyd edib. "Əks təqdirdə, İttifaqda qarşılıqlı etimad sarsılmış olacaq".

"Bir neçə il bundan əvvəl imzalanmış bir razılaşma var" Demir bildirir. Biz məsələnin texniki tərəfi ilə məşğul oluruq. Əgər ABŞ razılaşmaya baxmayaraq, siyasi qərar qəbul edərək tədarükə mane olsa bu proqramın özündə problem yaradacaq. Və belə bir vəziyyət digər ölkələrdə inamsızlığa səbəb olacaq".

İsmayıl Demir həmçinin qeyd edib ki, Rusiyadan alınmış S-400 raket əleyhinə müdafiə sistemi NATO sisteminə inteqrasiya olunmayacaq, ayrıca istifadə olunacaq. S-400 tədarükünün 2019-cu ildə tamamlanacağı vurğulanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...