Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası İsraili qınayaraq Qəzzadakı hadisələrin araşdırılması üçün müstəqil istintaq komissiyasının qurulmasını qəbul edib.
Bu haqda “Röyters” agentliyi məlumat yayıb.
Daha əvvəl isə BMT-nin İnsan Hüquqları üzrə xüsusi məruzəçisi Maykl Link İsrail əsgərlərinin fələstinli nümayişçiləri qəsdən öldürməsi və yaralamasını müharibə cinayəti adlandırıb.
Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. Qəzza-İsrail sərhədində keçirilən etiraz aksiyası zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 62 fələstinli ölüb, 3000-dən çoxu yaralanıb.