Putin Merkelə yalnız evində deyil, dünya siyasi arenasında da kimin ev sahibi (ağa) olduğunu göstərdi.
Bu sözlər Almaniyanın “Bild” nəşrində Putin-Merkel görüşünə həsr olunmuş məqalədə yer alıb.
Məqalədə Merkellə görüş ərəfəsində Putinin Soçidə Almaniyanın kütləvi cinayətlərdə ittiham elədiyi Bəşər Əsədlə görüşdüyü və yenə alman hökumətinin sərt tənqid etdiyi Krım körpüsünü açdığı bildirilir.
“Bütün bunlara baxmayaraq futbol üzrə dünya çempionatının başlamasına 4 həftə qalmış Almaniya kansleri Angela Merkel isti Soçi şəhərində Putinin qonaq kürsüsündə əyləşib. Kreml rəhbərini bundan daha çox razı sala biləcək bir hal olmaz”, - müəllif qeyd edib.
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel Rusiyaya rəsmi səfər edib.