F-35 qadağası - Türkiyənin cavabı nə olacaq? | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


F-35 qadağası - Türkiyənin cavabı nə olacaq?

Dünya A- A A+

ABŞ-ın bu tələbi Türkiyəyə təzyiq xarakteri daşıyır.

Bu sözləri ABŞ Konqresinin Türkiyənin F-35 proqramından çıxmasını tələb etməsi ilə bağlı danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat bildirib ki, ABŞ-ın əsas məqsədi Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini almaqdan vaz keçməsinə nail olmaqdır:

“Türkiyənin məsələ ilə bağlı atacağı addımlara gəlincə, bu barədə indidən nəsə söyləmək çətindir. Hər halda Türkiyə kifayət qədər inkişaf etmiş bir ölkədir və başqa yerlərdən də silah almaq və ya istehsal etmək imkanlarına malikdir. Ümumiyyətlə, ABŞ və Türkiyənin sonda razılığa gələcəyini düşünürəm. Çünki hər iki dövlətin bir-birinə ehtiyacı var”.

Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin F-35 proqramından çıxmasını tələb edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...