Tehranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Tehran Təcili Tibbi Yardım idarəsinin məlumatına görə, hadisə İmam Xomeyni adına hava limanının yaxınlığındakı Vəhnabad bölgəsində baş verib.
Xilasedicilər hadisə yerində əməliyyatı davam etdirir.