Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoymaq niyyətindədir | Eurasia Diary - ednews.net

25 Avqust,


Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoymaq niyyətindədir

Dünya A- A A+

Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib.  APA-nın “Sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb.    

Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur.

Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...