Rusiyanın xarici işlər naziri Serqey Lavrov Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri zamanı Şimali Koreya lideri Kim Çen Ina “məxfi şeylər”in saxlaması üçün naxışlı mücrünü hədiyyə edib.
Bu haqda “RİA-Novosti” agentliyi bildirib.
“Burada hətta məxfi şeyləri saxlamaq olar”, - Lavrov deyib.
O ümid etdiyini bildirib ki, hədiyyə Kim Çen Inın xoşuna gəlib.
Qeyd edək ki, Sergey Lavrov və Kim Çen In arasında görüş bu gün keçirilib.