Ermənistanın paytaxtı Yerevanda keçirilən etiraz aksiyaları ilə bağlı həbslər başlayıb.
“News.am” xəbər verir ki, İstintaq Komitəsinin rəhbəri Sona Truzyan 5 nəfərin həbs edildiyini açıqlayıb.
Onların arasında Masis şəhər bələdiyyəsinin sədri David Ambartsumyan və köməkçisi Karen Ohanyan da var.
Hazırda aksiya ilə əlaqədar istintaq davam edir. Həbs edilənlərin sayının artacağı gözlənilir.