İran İnqilab Keşikçiləri Korpusundan verilən rəsmi açıqlamada son günlərdə Suriyada 13 İran əsgərinin öldüyü, 21-nin yaralandığı qeyd edilib.
Açıqlamada qeyd olunub ki, əsgərlər Suriyanın Hələb vilayətinin cənub-qərbində yerləşən Xan Tumanın şəhərində qətlə yetirilib və yaralanıblar. Qətlə yetirilən iranlı əsgərlərin İranın şimal əyaləti Mazandaranda olduqları və şəxsiyyətlərinin müəyyənləşməsindən sonra ailələrinə təhvil veriləcəyi söylənilib.
Hələbin Xan Tuman məntəqəsində “Nusra Cəbhəsi” terrorçuları Suriya ordusu və könüllülərin mövqelərinə şiddətli zərbələr endirib. Nəticədə ordu və könüllülər arasında itikilərin və əsir düşənlərin olduğu bildirilir. Suriya ordusu və könüllülər dəstəsi adı çəkilən ərazidə terrorçulara qarışı döyüşləri davam etdirir. Terrorçuların xəbər mənbələrində Hələb cəbhəsində 300 terroçunun meyitinin İdlib vilayətinə gətirildiyi etiraf edilib.
Xatırladaq ki, "Nusra Cəbhəsi" terrorçuları aprelin 6-da səhər saatlarında 1000-dən çox üzvlə Xan Tuman kəndində Suriya ordusu mövqelərinə hücuma keçib. Kəndi ələ keçirməyi bacaran terrorçular çox sayda itki veriblər. İtkilər arasında 2 yüksək rütbəli komandirin olduğu da bildirilib.
"eastnews"