Putinə TƏKLİF: bu ölkələr işğal olunmalıdır Sabah böyük müharibə BAŞLAYA BİLƏR

Dünya 13:05 06.06.2018
“Qərb ölkələrində Rusiyanın təcavüzkar hərəkətləri ilə əlaqədar ümumavropa müharibəsinə ciddi baxılır”.
 
Bu haqda “Apostrof” nəşrinə Rusiyanın hərbi eksperti və publisisti Pavel Felqenqauer yazıb.
 
Onun sözlərinə görə, real planlaşdırma gedir və istənilən vaxt ən kiçik hadisəyə görə müharibə başlaya bilər. Hərbi ekspert qeyd edib ki, belə müharibədə yalnız NATO ölkələri iştirak etməyəcək, çünki Baltikyanı ölkələrdə müharibə halında İsveç NATO-nun tərəfində vuruşacaq. O, Finlandiyanın Rusiyaya qarşı vuruşacağını da istisna etmir.
 
“Litvada artıq “Dəmir canavar” adlanan briqada gücləndirilir. İsveçdə əvvəllər ləğv edilən hərbi çağırış bərpa olunub. Polşa və Baltikyanı ölkələri Rusiyanın hücum edəcəyi təqdirdə müqavimət göstərmək üçün öz silahlı qüvvələrini gücləndirməlidir”, - Felqenqauer qeyd edib.
 
Hərbi ekspertin qənaətinə görə, Rusiya güclü qruplaşmanı daha sürətlə toplaya bilər. Qeyd edilir ki, Rusiya strateji portativliyi və böyük qoşun bölmələrinin göndərilməsi ssenarilərini artıq “Qafqaz” və “Qərb” tipli genişmiqyaslı təlimlərdə yerinə yetirib.
 
“Müharibəyə hamı hazırlanır. Başqa sual odur ki, ABŞ “soyuq müharibə” dövründə qurduğu daimi hərbi bazaları yenidən quracaqmı? İyulda NATO-nun sammitində yeni strategiya, yəni şərq cəbhəsində regional müharibə halında qoşunların genişləndirilməsinin planları qəbul ediləcək. Əlbəttə, Rumıniya üçün planlar hazırlanıb. Amma indi Polşa və Baltikyanı ölkələr daha təhlükəli istiqamətdir. Əgər Rumıniyadan söhbət gedirsə, Ukrayna üzərində keçmək lazımdır”, - ekspert yazıb.
 
Onun sözlərinə görə, ümumavropa müharibəsi ehtimal ki, ən yaxın 5 ildə başlamayacaq.
 
“Amma demək olmaz ki, ehtimal sıfıra bərabərdir. Hər şey hər hansı hadisədən başlana bilər. Məsələn, Baltikyanı ölkələrinin səmasında Rusiya və Amerika təyyarələri toqquşa və böhran başlana bilər. Onda qoşunların genişləndirilməsi və güclərin göndərilməsi planlarının icrası başlanacaq. Moskvada hansısa anda hərbçilər Putinə sübut etməyə başlayacaqlar ki, Texasdan gələcək Amerika diviziyalarını qabaqlamaq üçün Baltikyanı ölkələri təcili işğal etmək lazımdır, əks halda, onlar güclü müharibə meydanı yaradacaqlar və biz heç nə edə bilməyəcəyik, onlar Kalininqradı tuta bilərlər, Sankt-Peterburq və Moskvaya hücum etmək imkanına malik olacaqlar. Bu artan böhrandan ümumavropa müharibəsi başlana bilər”, - Felqenqauer hadisələrin gedişatını proqnozlaşdırıb.
 
Ekspert Qərbin Rusiyadan potensial olaraq əhalinin sayı, ümumi daxili məhsulun həcmi, hərbi potensial
 
(NATO və müttəfiqləri), iqtisadiyyat, maliyyə və resurslar baxımından daha güclü olduğunu bildirib. Onun sözlərinə görə, bütün bunlar potensial olaraq müharibəyə gətirib çıxaracaq vəziyyət yaradır.
 
“Ümid etmək olar ki, yekunda hamı böyük ümumavropa müharibəsi olmadan geri çəkiləcək. Amma Rusiyada böyük müharibə təhlükəsini rəsmən qəbul edirlər. Bu haqda Baş qərargah başçısı bir neçə dəfə danışıb və belə müharibə sabah başlana bilər. Və unutmamaq lazımdır ki, “soyuq müharibə” bitirdikdən sonra SSRİ-nin dağılması baş verdi. Eyni hal Rusiya ilə bağlı da mümkündür. Bu haqda yalnız publisistlər danışmırlar. Rusiyanın keçmiş maliyyə naziri və baş nazirin birinci müavini Anton Siluanov hələ ötən ilin oktyabrda deyirdi ki, Rusiya müdafiəyə həddən artıq çox vəsait xərcləyir və artıq SSRİ bunu etdiyi üçün dağılıb. Rusiyanın bu böhranda çox ciddi sınaqlarla qarşılaşacağı istisna olunmur”, - hərbi ekspert yekunlaşdırıb.(publika.az)
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Hamısı