BMT Təhlükəsizlik Şurası Ukraynanın Donetsk şəhərindəki vəziyyətlə bağlı bəyanat verib.
Bəyanatda atəşkəsin pozulmasının davam etdiyi, ağır silahlardan istifadə edildiyi bildirilib.
TŞ tərəflərdən insan itkisinin qarşısını almaq üçün hərbi qüvvələri geri çəkməyi və ağır silahların dərhal bölgədən çıxarılmasını tələb edib.